"Putin rahat nəfəs ala bilər" — Britaniya XİN
24 İyun 2016 13:22 Dünya"BBC" xəbər verir ki, Britaniyanın xarici işlər naziri Filipp Hemmond bildirib ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxmaq qərarı Rusiya prezidenti Vladimir Putinin vəziyyətini asanlaşdıracaq.
Onun sözlərinə görə, indi Rusiya prezidenti Avropa İttifaqının onun ölkəsinə qarşı tətbiq etdiyi sanksiyaların yumşaldılması ilə bağlı perspektivləri daha nikbin qiymətləndirə bilər.
Bu gün ABŞ-ın RF-dəki keçmiş səfiri Maykl Makfol da analoji bəyanatla çıxış edərək, bu hadisəni Putinin qələbəsi adlandırmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00