ABŞ-ın Rusiyadakı keçmiş səfiri Putini nəhəng qələbə münasibətilə təbrik edib
24 İyun 2016 12:32 DünyaABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol "Brexit" tərəfdarlarının qələbəsini Vladimir Putinin qələbəsi adlandırıb. Onun fikrincə, Putinin bu işdə bir "günah"ı olmasa da, baş verənlər onun Avropadakı məqsədlərinə tamamilə uyğundur.
Virtualaz.org xəbər verir ki, özünün "Twitter" MİKROBLOQUNDA Nakfol Vladimir Putini Böyük Britaniyadakı referendumun qalibi adlandırıb.
"Brexit-dəki səsvermədən şokdayam. Uduzanlar güclü, vahid, demokratik Avropanın faydalılığına inanan Aİ, Böyük Britaniya, ABŞ, qalib isə Putindir", - Makfol yazıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00