Emrah jurnalistləri xəstəxanadan qovdu

Türkiyəli müğənni Emrah ötən gün həyat yoldaşı və uşağıyla birlikdə hal-hazırda reanimasiyada olan sənətçi Harun Kolçakı ziyarət etmək üçün xəstəxanaya gedib.

Türkiyə mətbuatı  bildirir ki, Emrah xəstəxanadakı jurnalistləri gördükdə əsəbləşib. O, media nümayəndələrinin xəstəxanaya onu və ailəsini çəkmək üçün gəldiklərini zənn edib və  bütün mühafizəçiləri çağıraraq: "Bunları qovun, görmək istəmirəm", - deyib. 

Ailəsiylə xüsusi otağa keçən müğənni anlaşılmazlığın olduğunu öyrənsə də, jurnalistlərdən üzr istəməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00