Britaniya baş naziri istefa verib
24 İyun 2016 11:38 DünyaBöyük Britaniya baş naziri Devid Kemeron istefa verib.
APA-nın məlumatına görə, o bunu canlı yayında xalqa müraciəti zamanı deyib.
O bildirib ki, Avropa İttifaqından çıxmaq prosesini yeni baş nazir idarə etməlidir.
Kemeron eyni zamanda rəhbərlik etdiyi Mühafizəkarlar Partiyasında lider dəyişikliyinin önəmini qeyd edib. İstefa qərarına rəğmən Kemeron növbəti 3 ay baş nazir vəzifəsini icra edəcək.
Qeyd edək ki, Böyük Britaniyada keçirilən referendumda əksəriyyət ölkənin Avropa İttifaqından ayrılmasına səs verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00