Almaniyada kinoteatrda silahlı insident olub, 25 nəfər yaralanıb

Almaniyanın qərbində kinoteatrda silahlı insident olub. 

"Report" "Bild" qəzetinə istinadən xəbər verir ki, silahlı kişi kinoteatra daxil olaraq atəş açıb.  

Məlumata görə, ən azı 25 nəfər yaralanıb. 

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00