Demet Akalın ikinci dəfə ana olacaq
23 İyun 2016 19:42 Dünya2014-cü ildə ilk övladını dünyaya gətirən müğənni Demet Akalın gələn il ikinci dəfə ana olmaq istədiyini açıqlayıb.
Türkiyə mətbuatının məlumatına görə, o, birinci dəfə ana olduqdan sonra bir müddət qızı Hiradan uzaq qalmasın deyə, ancaq İstanbuldakı konsert dəvətlərini qəbul edirdi.
Bu dəfə də konsertlərini və işlərini uyğunlaşdıran müğənni 2017-ci ildə ana olmağı planlaşdırır.
Qeyd edək ki, D.Akalın Okan Kurtla evlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00