Rusiya və Fransa xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək
23 İyun 2016 17:17 DünyaRusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 29-da Fransaya səfər edəcək.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O, nazirin fransalı həmkarı ilə görüşəcəyini deyib: "Görüşdə Dağlıq Qarabağ münaqişəsi, Ukrayna böhranı və Suriyadakı vəziyyət müzakirə olunacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00