Evlilik proqramlarına sərt cəzalar verildi
23 İyun 2016 19:14 DünyaTürkiyənin ali televiziya qurumu RTÜK evlilik proqramları ilə bağlı qərar verib.
Türkiyə mətbuatının məlumatına görə, qurumun qərarına əsasən Star, Fox, Kanal D, ATV və Flash TV böyük məbləğdə pul cəzası alıblar.
Buna səbəb "həmin verilişlərdə vulqar ifadələrin səsləndirilməsi, namizədlər arasında xoş olmayan davranışlar, xüsusi agentliyin aktyorlarından iştirakçı kimi istifadə edilməsi, hadisələrin yersiz dramatikləşdirilməsi" göstərilib.
Tamaşaçıların xahişi ilə evlilik proqramlarını xüsusi araşdırmağa başlayan RTÜK bundan sonra qalmaqalların qarşısını da almağa çalışacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00