Müğənni qəzaya düşdü - Oğlu və arvadı yaralandılar

"O ses Türkiye"nin finalçılarından olan Emrah Güllü qəzaya düşüb.

Qafqazinfo bildirir ki, hadisə Elazığ-Malatya yolunda baş verib, yük maşını müğənniyə məxsus maşının arxasına çırpılıb.

Qəza zamanı ifaçının həyat yoldaşı İmren Yanık, 3 yaşlı oğlu Eymen Güllü ağır yaralanıblar.

Hadisə yerinə polis əməkdaşları və təcili yardım maşınları cəlb olunub, sənətçi və onun ailəsi xəstəxanaya aparılıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00