QİÇS -SPİD vaksini tapıldı
23 İyun 2016 14:37 DünyaABŞ-da Oreqon Elm və Tibb Universitetinin elmi işçiləri QİÇS (SPİD) kimi tanınan dəhşətli xəstəliyin peyvəndini uğurla sınaqdan keçirdiklərini bildiriblər. Meymunlar üzərində uzun zaman aparılan təcrübələr nəticəsində alimlər vaskinin tətbiqinin müsbət nəticələr verdiyini müəyyən ediblər. Xəstəliyə yoluxan meymunların böyük bir qismi sağalıb. Vaksin QİÇS-in ilkin yayılma mərhələsində xəsətliyin yayılmasını əngəlləyə bilər. Hal-hazırda isə preparatın insanlar üzərində necə bir təsirə malik olacağı təcrübələrinin aparılmasına start veriləcək.Mütəxəssislərin fikrinə görə isə bu təcrübələr 5-8 il zaman ala bilər. Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00