Ukrayna ordusunda xidmət edən hərbçi qadınların sayı açıqlandı

Ukrayna silahlı qüvvələridə 2016-cı il iyunun 1-nə olan məlumata görə, 49552 qadın hərbi xidmət keçir və işləyir.  Ukrayna mediasının verdiyi xəbərə görə, onların 17147 nəfəri qadın-hərbçidir.

Ukrayna müdafiə nazirinin Avropaya inteqrasiya məsələləri üzrə müavini İqor Dolqovun bildirdiyinə görə, qadınlar ordudakı hərbçilərin 8,5 faizini təşkil edir. Onların 2092-si zabit, 14607 nəfəri əsgər və serjant, 32405-i mülki personalın xidmətçiləridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00