Mustafa Ceceli: "Çənənizi bağlayın, ağıllı olun"
22 İyun 2016 12:01 DünyaÖtən gün Avropa çempionatında qrup mərhələsinin üçüncü turu çərçivəsində baş tutan Çexiya - Türkiyə matçı Türkiyənin qələbəsi ilə (0-2) başa çatıb.
Türkiyə mətbuatı xəbər verir ki, türkiyəli azarkeşlər qələbəyə sevinsələr də, onlar arasında oyunçuları və baş məşqçini təhqir edənlər də olub.
Təhqirlərə əsəbləşən müğənni Mustafa Ceceli yazılanlara sərt reaksiya verib.
"Klaviatura başında oturub artistlik edənlər, təhqir edən və söyüş söyənlər, çənənizi bağlayın, ağıllı olun".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00