İranda ağır yol qəzası baş verib: 13 nəfər ölüb, 22 nəfər yaralanıb

İranın cənubunda avtobusun qəzaya düşməsi nəticəsində azı 13 nəfər ölüb, 22 nəfər isə yaralanıb.

"RİA Novosti" xəbər verir ki, avtobus Sircan - Neyriz trası ilə gecə hərəkət edərkən dərəyə yuvarlanıb.

İlkin məlumatlara görə, avtobus sürücüsü idarəetməni itirib və bu da qəzaya səbəb olub.

Xəsarət alanlar xəstəxanaya çatdırılıb. Onların bəzilərinin vəziyyəti ağırdır. Polis qəza qurbanlarının sayının arta biləcəyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00