Sensasion iddia: Sabiq nazir Prezidenti devirmək üçün üç ölkə ilə gizli danışıqlar aparır

Türkiyənin keçmiş əmək və sosial müdafiə naziri Yaşar Okuyan 11-ci prezidenti Abdullah Gülün hökuməti devirmək istədiyini iddia edib 

Türkiyənin keçmiş əmək və sosial müdafiə naziri Yaşar Okuyan 11-ci prezidenti Abdullah Gülün hökuməti devirmək istədiyini iddia edib 

Politika.Az xəbər verir ki, keçmiş nazir Abdullah Gülün bu məqsədlə ABŞ , İsrail və İngiltərə ilə gizli görüşlər keçirdiyini bildirib.

KRT telekanalının aparıcısı Çağlar Gilara isə bu iddiaları təkzib edib.

"Keçmiş prezident Gülə yaxın mənbələrlə danışıqlar apardım. Prezident olmuş bir dövlət adamının əlbəttə, bu cür iddialarla ilə bağlı şəxsən özünün açıqlama verməsini gözləmək əbəsdir. Eyni zamanda çox sayda iddialara hər gün cavab verməyə başlasa , buna müşavirlərinin belə vaxtı çatmaz. Keçirdiyim görüşlərdə Gülə yaxın mənbələr iddianın yalan olduğunu mənə dedilər. Gülə yaxın mənbələr bu iddiaların müəyyən yerlərə xidmət edən insanlarların dövriyyəyə buraxdığını bildirdilər. Gül dövlətin və millətin əleyhinə olan heç bir danışıqların içəndə yoxdur."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00