Dövlətə borcu olanların adları açıqlanacaq
21 İyun 2016 16:58 DünyaTürkiyə hökuməti vergi və cərimə borcları olan ölkə vətəndaşlarının kimliyinin ictimaiyyətə açıqlanması barədə qərar qəbul edib.
Report bildirir ki, yerli rəsmi mətbuat artıq bu barədə borcluları xəbərdar edib.
Qərara əsasən, ötən ilin sonuna 250 min lirədən (131 min manatdan) çox borcu olan və həmin borcu bu ayın sonuna qədər ödəməyən vətəndaşların adı ictimailəşdiriləcək.
İlk növbədə, iyulun 15-dən avqustun 18-dək borclu vətəndaşlar barədə məlumatı yerli vergi idarələrindən əldə etmək mümkün olacaq. Sentyabrın 1-dən isə "qara siyahı" Türkiyə Gəlirlər İdarəsinin rəsmi internet səhifəsində açıqlanacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00