Əfqanıstanın paytaxtında mikroavtobus partladılıb, ölənlər var
20 İyun 2016 11:13 DünyaƏfqanıstanın paytaxtı Kabildə mikroavtobusun partladılması nəticəsində ən azı 14 nəfər həlak olub.
Bu barədə "Associated Press" xəbər verir.
Polisdən verilən məlumata görə, partlayış terrorçu-kamikadze tərəfindən törədilib. Partlayış Pakistanla sərhəddə yerləşən Nəngəhar vilayətinin mərkəzi olan Cəlilabad şəhərini Kabillə birləşdirən yolda baş verib.
Mikroavtobusda Nepal və Əfqanıstandan mühafizə şirkətinin əməkdaşları olub.
Terror aktına görə, məsuliyyəti "Taliban" hərəkatı öz üzərinə götürüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00