Suriyada daha bir rusiyalı hərbçi həlak olub
20 İyun 2016 11:06 DünyaSuriyada daha bir Rusiya hərbi qulluqçusu həlak olub. "RİA Novosti"nin verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyi Suriyada humanitar yardım karvanını mühafizə edən hərbçinin ölümünü təsdiqləyib. Serjant Andrey Timoşenkov Homs şəhərində sakinlərə yardımın paylanması zamanı terrorçunun idarə etdiyi və bomba yüklənmiş avtomobili saxlayarkən baş verən partlayış nəticəsində ölümcül xəsarətlər alıb.
Bununla da, rəsmi məlumata əsasən, Suriyada ölən Rusiya hərbçilərinin sayı 11-ə çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00