“Hollivudda pedofillik yoluxucu xəsətəliyə çevrilib” – AKTYOR

"Üzüklərin hökmdarı" filmi ilə məşhurlaşan aktyor Elayca Vud Hollivudun heç də xəyalların diyarı olmadığını etiraf edib.

Publika.az xəbər verir ki, "Saturdays" jurnalına müsahibə verən 35 yaşlı aktyor Hollivudda yetkin yaşa çatmamış aktyor və aktrisaların mütəmadi olaraq cinsi istismara məruz qaldığını deyib.

Vudun sözlərinə görə, az yaşlı ulduzlar müxtəlif partilərdə kino sahəsinin məşhur simaları ilə cinsi əlaqəyə girməyə məcbur olur.

Aktyor bildirib ki, Hollivudda pedofillik və cinsi istismar yoluxucu xəstəliyə çevrilib.

Hələ 8 yaşında ikən filmlərdə rol almağa başlayan ulduz anasının mütəmadi nəzarəti sayəsində cinsi istismara məruz qalmaqdan qurtulduğunu deyib. Bir çox az yaşlının "ilanlara yem" olduğunu vurğulayan aktyor "qurbanların səsi güc sahibləri qədər çıxa bilməz. Ona görə də belə olaylar mətbuatda əksini tapmır", - deyə qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00