Rusiyanın adamı Gündüz Məmmədov baş prokuror vəzifəsinə can atır

Ukraynanın Odessa vilayətinin prokuror müavini Gündüz Məmmədov yaxın vaxtlarda vilayətin baş prokuroru təyin edilə bilər.Virtualaz.org xəbər verir ki, bu haqda Ukrayna mənbələri yazır.Məsələnin maraqlı tərəfi budur ki, onun prokuror vəzifəsinə təyinatı üçün bir neçə iri odessalı biznesmen, o cümlədən odioz fiqur olan Vladimir Qalanternik lobbiçilik edir. Odessanın indiki meri Truxanov məhz Qalanterikin adamıdır. Onların hər ikisi Rusiya biznesinə yaxın adamlar hesab edilirlər. Truxanov uzun müddət Rusiyanın "Lukoil" şirkətinin Ukraynadanı nümayəndəsi olub.  Onun Rusiya vətəndaşlığı bu yaxınlarda üzə çıxanda qalmaqal yaranmışdı.Mətbuat yazır ki, Odessa prokuroru vəzifəsinin "bazar qiyməti" hazırda 5 milyon dollardır. Qubernator Mixail Saakaşvilinin tərəfdaşı David Sakvarelidzenin azad edilməsindən sonra Odessa vilayət prokuroru vəzifəsi hələ boş qalır.Bu vəzifəyə əsas namizəd hesab edilən Gündüz Məmmədov isə prokurorluq sistemində çoxdan işləyir. O, Meçnikov adına yerli universiteti 1996-cı ildə bitirib və prokurorluq sistemində işə keçib. 2014-cü ildə Odessa prokuroru təyin olunub, ancaq 2015-ci ilin sonunda onun yerini Sakvarelidze tutub. G.Məmmədov nüfuzlu ailədəndir. Onun əmisi İlham Məmmədov bir vaxtlar "Lukoil-Ukrayna" şirkətinin baş direktoru olub. İlham Məmmədovun "Lukoil" şirkətinin prezidenti Vahid Ələkbərovla sıx əlaqələri var.Lakin İ.Məmmədovun Rusiya prezidenti Vladimir Putinin yaxın çevrəsi ilə də sıx əlaqələrinin olduğu bildirilir. Habelə o, Donetsk klanı və Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçlə bağlı olub. G.Məmmədovun kiçik qardaşı Elçin Məmmədov isə SOCAR-ın Ukrayna nümayəndəliyinin rəhbəridir. Onun odessalı siyasətçilərlə yaxın əlaqələri var. Bu əlaqələr sayəsində Odessanın mərkəzində "SOCAR" yanacaqdoldurma məntəqələri açıb. "Politica-ua" yazır ki, rusiyameylli "neft prokuroru"nun Odessa regional prokurorluğunun rəhbərliyinə gətirilməsini Rusiyaya bağlı oliqarxlar istəyir. Ancaq ehtimal edilir ki, bu təyinat güclü ictimai etirazlarla qarşılaşacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00