Türkiyədə önəmli görüş - gecə 01:25-də

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) yeni sədri Binali Yıldırımı qəbul edib.

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, prezident iqamətgahında baş tutan görüş yerli vaxtla saat 01:25 başlayıb.

Bağlı qapılar arxasında keçirilən görüş təxminən 2 saat davam edib.

Mayın 22-də  AKP-nin fövqəladə qurultayında Binali Yıldırım 1411 qurultay nümayəndəsindən 1405 nəfərin səsini alaraq partiyanın yeni sədri seçilib. Prezident Ərdoğan yeni partiya başqanına 65-ci hökuməti qurmaq səlahiyyəti verib.

Qeyd edək ki, ötən axşam Binali Yıldırım və baş nazir Əhməd Davudoğlu arasında görüş olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00