Ermənistan ordusunun daha bir generalı vəzifəsindən azad olunub
23 May 2016 17:16 DünyaErmənistan Silahlı Qüvvələrinin silahlanma idarəsinin rəisi, Melsik Çilinqaryan vəzifəsindən azad edilib. APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, Ermənistan prezidenti Serj Sarkisyan bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, ötən ayın sonlarında S. Sarkisyan 3 generalın işdən azad edilməsi ilə bağlı sərəncam verib. Bunlar müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini Alik Mirzabekyan, rabitə xidmətlərinin rəisi general-mayor Komitas Muradyan və Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat idarəsinin rəisi Arşak Karapetyandır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00