Əsədin qalasında ard-arda partlayışlar

Bu gün səhər saatlarında Suriyanın şimal -qərbində Əsəd rejiminin qalası sayılan Lazkiyyə vilayətində Tarsus və Ciblə şəhərlərində ard-arda partlayışlar baş verib. Bir partlayış Ciblə şəhərinin girişində avtovağzal və elektrik idarəsinin yerləşdiyi meydanda baş verib. Tarsusda partlayışların mərkəzi xəstəxananın həyətində avtovağzalda və yanacaqdoldurma məntəqəsində baş verib. Çoxlu sayda ölən və yaralananlar olduğu bildirilir. Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00