Liviya sahillərində 850 miqrant saxlanıldı
23 May 2016 06:24 DünyaLiviya sahillərində miqrantları daşıyan qayıqlar saxlanılıb.APA-nın verdiyi məlumata görə, sahil mühafizə xidmətinin əməkdaşları göyərtəsində 850-yə yaxın miqrantın olduğu hava ilə doldurulan qayıqları Sabrata şəhəri yaxınlığında saxlayıb. Avropaya yollanmaq niyyətində olan miqrantlar bir neçə Afrika ölkələrinin vətəndaşları olub. Onlardan 69-u qadın, 11-i isə uşaqlardır.Beynəlxalq Miqrasiya Təşkilatının hesablamalarına görə, ilin əvvəlindən dəniz yolu ilə Avropaya gələn miqrantların sayı 180 min nəfəri keçib. Təşkilatın bildirdiyinə görə, 1 232 insan yolda ölüb və yaxud itkin düşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00