Davudoğlu “Twitter”dəki hesabından “baş nazir” və “partiya sədri” ünvanlarını silib
23 May 2016 06:22 DünyaTürkiyənin 64-cü hökumətinin baş naziri Əhməd Davudoğlu prezident Rəcəb Tayyib Ərdoğana Nazirlər Kabinetinin istefasını təqdim etməsindən sonra "Twitter"dəki hesabından "baş nazir" və "partiya sədri" ünvanlarını silib.
ANS PRESS-in məlumatına görə, Türkiyənin hakim partiyası AKP-nin 2-ci fövqəladə böyük konqresində Binali Yıldırımın partiya sədri seçilməsindən sonra Prezidenti Ərdoğana Prezident Sarayında 64-cü Hökumətin istefasını təqdim edən və istefası Ərdoğan tərəfindən qəbul edilən Davudoğlu "Twitter"dəki hesabından fərdi məlumatlarının yazılı olduğu hissədəki "baş nazir" və "partiya sədri" ünvanlarını qaldıraraq, "62, 63, 64-cü Türkiyə Respublikası hökumətlərinin baş naziri, Konya millət vəkili" sözlərini yazıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00