Qasırğa 20 nəfəri öldürdü, 500 min nəfər təxliyə edildi

Banqladeşdə tüğyan edən "Roanu" tropik qasırğası nəticəsində 20 nəfər ölüb, 500 minədək əhali təxliyə edilib.

APA-nın "TASS"a istinadən verdiyi xəbərə görə, ümumilikdə 2 milyon sakinin təxliyə olunması nəzərdə tutulub. 

Banqladeşdə 2009-cu ildə 179 nəfər, 2007-ci ildə isə 4 mindən çox insan qasırğanın qurbanı olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00