Gülənin qardaşı oğlu həbs edildi

Türkiyənin İzmir şəhərində polisin həyata keçirdiyi əməliyyat nəticəsində "Paralel quruluş"la (Dövlət içində dövlət) əlaqəsi olan 14 nəfər həbs edilib.

axar.az bildirir ki, şəhərin mərkəzində Karşıkaya və Berqema mahallarında yerləşən "Paralel quruluş"un  tədris mərkəzləri və maliyyə şöbələrinə basqın təşkil edilib.

Məlumata görə, tutulan 14 nəfər arasında Fətullah Gülənin qardaşı oğlu M.M.G da olub.

Onun "ağabəyi" vəzifəsini icra etdiyi bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl İzmir Prokurorluğu "Paralel quruluş"la əlaqədə olan bir neçə şəxs haqqında həbs qərarı çıxarmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00