Vəziyyət getdikcə pisləşir - Şri-Lankada sel fəlakəti

Şri-Lankanın mərkəzi əyalətində günlərdir davam edən şiddətli yağışlar ümumilikdə 50-yə qədər insanın həyatına son qoyub.ATV.az bildirir ki, rəsmi dairələr itkin düşmüş daha 150 nəfərdən hələ də xəbər alınmadığını bildirir. Aramsız yağışların əmələ gətirdiyi daşqınlar zamanı 11, Keqalla bölgəsindəki iki kənddə baş verən torpaq sürüşməsi nəticəsində isə 36 nəfər dünyasını dəyişib.Axtarış işlərinə xilasedicilərlə yanaşı, ordu qüvvələri də cəlb olunub. Tələfat bölgəsindən 220 minə qədər sakin təxliyyə edilib. Təhlükəsizlik əməkdaşları məcrasından çıxan çayın qarşısını almaq üçün bəndlər tikir. Lakin təzyiq yüksək olduğundan, sel bəndləri dağıdıb, yolları sıradan çıxarıb. Nəticədə bəzi kəndlərlə əlaqə tamamilə kəsilib. Həmin ərazilərdəki sakinlər helikopterlərin köməyi ilə xilas olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00