Atatürk hava limanında ajiotaj
19 May 2016 11:37 DünyaBu gün səhər İstanbulun Atatürk hava limanının kompüter sistemində problem yaranıb. Nəticədə giriş-çıxışlar dayandırılıb, sərnişinlər pasport nəzarət məntəqələri önündə uzun müddət gözləməli olublar.Lent.az bildirir ki, səhər saatlarında hava limanının POLNET Məlumat Sistemində texniki problem əmələ gəlib. Saat 05 radələrində baş verən hadisə nəticəsində bir çox sərnişin təyyarəyə yetişə bilməyib. Hava limanına enən təyyarələrin sərnişinləri isə pasport yoxlanışından keçə bilməyiblər. Növbələr terminalların giriş qapılarına qədər uzanıb.Hələlik problemlə bağlı hər hansı rəsmi açıqlama verilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00