Müharibənin başlayacağı tarix AÇIQLANDI
19 May 2016 10:16 DünyaAvropada NATO qüvvələri komandanının sabiq müavini, britaniyalı general Riçard Şireffin Qərblə Rusiya arasında mövcud olan münasibətlər haqda kitabı dərc edilib.
axar.az bildirir ki, generalın iddialarına görə, günü-gündən münasibətləri pisləşən Qərb və Rusiya 2017-ci ildə müharibəyə başlayacaqlar.
Riçard Şireff buna səbəbin Krım hadisələrinin məntiqi davamı olacağını da qeyd edib:
"NATO tərəfindən sıxışdırılan Rusiya Ukraynanın şərqində əraziləri zəbt etməyə başlayacaq və Baltikyanı ölkələrə hücum edəcək".
Bununla yanaşı, britaniyalı general hazırda Qərbin ən təhlükəli düşməninin Rusiya olduğunu da qeyd edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00