ABŞ əsgərlərinin başına çuval keçirən türklər cəzalandırıldılar

İstanbulda 2 Amerika əsgərinin başına çuval keçirilməsi ilə əlaqədar keçirilən məhkəmə prosesi başa çatıb. Publika.az bildirir ki, Türkiyə Gənclik Birliyinin (TGB) 13 üzvünün mühakimə olunduğu prosesdə qərar açıqlanıb. Məhkəmə 5 şübhəlini 4 min lirə (təxminən 1350 dollar) cərimə ödəməyə məhkum edib. Xatırladaq ki, 2003-cü il iyulun 4-də Amerika əsgərləri İraqın Süleymaniyyə şəhərində Türkiyə zabitlərinin olduğu qərargaha basqın təşkil edib. Amerika əsgərləri türk əsgərlərinin başlarına çuval keçirib onları Bağdada aparıb. Buna cavab olaraq 2014-cü ildə Türkiyə Gənclik Birliyinin (TGB) üzvləri İstanbulda ABŞ əsgərlərinin başına çuval keçirmişdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00