Rusiyada terror aktının qarşısı alınıb
6 May 2016 17:10 DünyaRusiya Federal Təhlükəsizlik Xidməti Krasnoyarskda ictimai nəqliyyatda terror aktının qarşısını alıb. "RİA Novosti"nin verdiyi məlumata görə, ilkin məlumata bildirilir ki, Orta Asiya ölkələrindən olan şəxslər bayram günlərində hücum təşkil etməyi planlaşdırıblar.Onların saxlanılması istiqamətində xüsusi əməliyyat mayın 6-da keçirilib. Xüsusi xidmət orqanları əməkdaşlarının şübhəli şəxslərdən terror məqsədi ilə istifadə edilə biləcək vasitələr götürdüyü bildirilir. Hələlik həmin şəxslərin kimliyi açıqlanmır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00