Açıq-saçıq səhnələrə görə bu reklam qadağan olundu VIDEO
6 May 2016 16:04 DünyaMəşhur model Bar Refaelinin çəkildiyi çimərlik geyimi reklamı İsraildə qadağa olunub. Qafqazinfo bildirir ki, İsrail TV-ləri 30 yaşlı modelin açıq-saçıq görüntülərini yayımlamaqdan imtina edib. Reklamda 3 aylıq hamilə olan model avtomobil qapısının arxasında çimərlik geyimini dəyişməsi, rəqs etməsi görüntüləri yer alıb. TV rəsmiləri duş altında açıq-saçıq görüntülərdə ədəbsizliyə yol verildiyini iddia edərək reklam yayımı barədə qəti qərar verib. Reklamın redaktə olunmuş hissələri isə gecə saat 10:00-dan sonra yayımlanacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00