Davudoğlunu bu üç şəxsdən biri əvəz edəcək - ADLAR
6 May 2016 14:41 DünyaAKP sədri və baş nazir Əhməd Davudoğlunun istefasından sonra onun yerinə kimlərin namizəd olacağı Türkiyənin əsas gündəmidir. Publika.az bildirir ki, əvvəlcə namizədlərin sayı 5 olsa da, hazırda bu rəqəm üçə düşüb. Türkiyə mediasının yazdığına görə, mayın 22-də keçiriləcək növbədənkənar qurultayda Davudoğlunu əvəzləmək üçün üç namizəd mübarizə aparacaq. Onlar dənizçilik və kommunikasiya naziri Binali Yıldırım, ədliyyə naziri Bekir Bozdağ və Ərdoğanın kürəkəni olan enerji və təbii qaynaqlar naziri Berat Albayrakdır. Namizədlər arasında adı hallanan səhiyyə naziri Mehmet Müezzinoğlu və baş nazir müavini Numan Kurtulmuşun seçkidə iştirak etməyəcəyi deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00