CNN: ABŞ-ın əksər əhalisi Rusiyanın təhlükəli olduğunu hesab edir

"CNN" telekanalının və "ORC" təhqiqat xidmətinin birgə sosioloji sorğusunun nəticələri göstərib ki, ABŞ-ın əksər əhalisi Rusiyanı ölkə ücün təhlükəli olduğunu hesab edir. Bu barədə RİA Novosti xəbər verir. Sorğuya əsasən, 21 % əhali Rusiyanı ABŞ üçün "çox ciddi təhlükəli" qəbul edir, 40 % təhlükəni "orta ciddi" şəkildə görür, 22 % isə "cüzi" sayır. Amerika vətəndaşlarının yalnız 15 %-i Rusiyada heç bir təklükə görmür. Amerikalılar ən çox (73 %) təhlükəni "İslam dövləti" qruplaşmasında görür. Bu terror təşkilatını amerikalılar "ən yüksək təhlükə" mənbəyi kimi qəbul edirlər. Sorğu 28 aprel - 1 may tarixində telefon vasitəsi ilə keçirilib. Daha əvvəl ABŞ-ın müdafiə naziri Eşton Karter bəyan edib ki, ölkə təhlükəsizləyinə əsas qlobal strateji təhdidlər siyahısında Rusiya birinci yerdədir. Siyahıda Rusiyadan sonra Çin, Şimali Koreya, İran və terrorçuluq durur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00