Türkiyədə cinayətdə şübhəli bilinən şəxslər ölkələrinə ekstradisiya olunacaq
6 May 2016 12:32 DünyaBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyə vətəndaşları Hikmət Kayak və Mehmet Tekinin öz ölkələrinə ekstradisiya olunmaları ilə bağlı məhkəmə prosesləri keçirilib. Məlumata görə, hakimlər Əfqan Hacıyev və Əlövsət Abbasovun sədrliyi ilə keçirilən proseslərdə həmin şəxslərin ekstradisiya olunmaları ilə bağlı qərar qəbul edilib. Hər iki şəxs Türkiyədə cinayət törətməkdə şübhəli bilinir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00