Nazir müavinini aparan helikopter yoxa çıxdı

Malayziyanın plantasiya nazirinin müavini Noriah Kasnonu aparan helikopter dünən Saravak əyalətində itib. Publika.az  bildirir ki, helikopterin Betonqdan Kuçinqə gedərkən itdiyi deyilir. Altı nəfərin olduğu helikopteri tapmaq üçün mülki və hərbi xilasetmə qruplarının axtarışları davam edir. "New Straits Times" nəşrinin yazdığına görə, nazir müavini mayın 7-də Saravak əyalətində keçiriləcək seçkilərdə kampaniya aparmaq üçün gedirmiş.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00