Qaziantepdə dəhşətli yanğın: 7 ölü
Ata və 6 övladı həyatını itirdi
6 May 2016 12:00 DünyaTürk mediasının məlumatına görə Qaziantepdə gecə baş verən, qısaqapanmanın səbəb olduğu təxmin edilən yanğında bir ata 6 övladı ilə karbon monoksit qazından zəhərlənərək həyatını itirib. Gecə iki yaşlı körpəsini əmizdirmək üçün oyanan ana Naciyə Bakır dumanı fərq edincə nə oldugunu bilmək üçün çölə çıxaraq yanğın baş verdiyini görüb. Qonşulardan yardım istəmək üçün gedən ana qayıdında alovun evi bürüdüyünü söyləyib. Yanğın yerinə gələn yanğınsöndürən əməkdaşları yanğını söndürüb Mehmet Ekin Bakır və 6 övladının cansız cəsədini tapıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00