Dünyada ilk dəfə: kosmik şüalar sirləri açır
6 May 2016 11:59 DünyaBeynəlxalq alimlər qrupu innovativ metodlar vasitəsilə Misirdəki piramidaların daxilini öyrənməyə başlayıb. 4500 ildən bəri sirlərini qoruyan piramidaların daxilindəki mübhəm və sirli otaqların yerləşmələri, koordinatları, həcmləri barədə ilk dəfə müfəssəl məlumatlar əldə olunmağa başlanıb. Nature bildirir ki, alimlər piramidaların zirvələrinə bərkitdikləri həddən ziyadə həssas qəbuledicilər vasitəsilə kosmik müon şüalarını qeydə alır, sonra bu şüalar vasitəsilə piramidaların daxili strukturu və memarlığı barədə mənzərəni formalaşdırırlar. Əvvələr bu metodla Beliz və Meksikadakı piramidalar, habelə Yaponiyada zəlzələ və sunamidən ziyan çəkmiş Fukusima AES araşdırılmışdı. Kosmik müon hissəciklərin kütləvi elektronlardan 200 dəfə artıq olduğundan daha çox sızma xüsusiyyətlərinə malikdir. Bu hissəciklərdən texniki radiologiyada istifadə olunur. Piramidaların kosmik müonlarla şüalandırılması prosesində Rusiya, Yaponiya, Kanada və Fransadan olan alimlər çalışırlar. Onlar Misirin paytaxtı Qahirədən 40 km cənubda, Dahşurda yerləşən Bent piramidasını artıq araşdırıblar. 4500 il yaşı, 105 metr hündürlüyü olan bu piramidanı firon Snofru tikdirmişdi. Piramidada iki gizli otaq aşkarlanıb. Daha sonra Gizadakı məşhur piramidalar araşdırılacaq.