Məkkədə 2 kamikadze özünü partlatdı VIDEO
6 May 2016 11:54 DünyaSəudiyyə Ərəbistanının Məkkə şəhərində terrorçulara qarşı əməliyyat keçirilib. Ölkə.az bildirir ki, krallığın təhlükəsizlik qüvvələri terrorçuların qaldığı bir evdə əməliyyat həyata keçiriblər. Evdəki terrorçular polislərə atəş açıblar və atışma baş verib. Atışmada evdəki 2 terrorçunun öldürüldüyü, geridə qalan ikisinin isə ələ keçməmək üçün özlərini partlatdıqları bildirilir. Məlumata görə, terrorçular İŞİD-in Ərəbistan özəyinin üzvləridir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00

