Serial çəkilişi zamanı infarkt keçirərək öldü

"Elif" serialının çəkilişi zamanı gözlənilməz faciəvi hadisə baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ekran işinin çəkiliş meydançasında saç ustası işləyən Hüseyin Maloğlu infarkt keçirərək dünyasını dəyişib. Evli və bir uşaq atası olan 47 yaşlı H.Maloğlunun ölümü serialın qəhrəmanlarını çox kədərləndirib. Serialın çəkilişləri qısa müddət üçün dayandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00