31 barmaqlı uşaq dünyaya gəldi
Nadir hadisə
5 May 2016 19:55 DünyaÇində bir körpə 31 barmaqlı dünyaya gəlib. ATV.az bildirir ki, Honqdonq adlı oğlanın əllərində 15, ayaqlarında isə 16 barmaq var. Körpənin bu qeyri-adi vəziyyətdən əziyyət çəkdiyi iddia olunur. Onun valideynləri təşviş içərisindədir. Uşağın mülaicəsi üçün bir çox yerlərə müraciət etsə də Honqdonqun əməliyyatı sön dərəcə çətin olduğundan heç bir xəstəxana bunu üzərinə götürməyib. Körpənin anası kömək üçün insanlara müraciət edib. Tibb elmində polidaktiliya deyilən bu vəziyyət min uşaqdan birində müşahidə olunur. Ancaq əlavə barmaqların 31 olması rekord göstəricidir.
Qeyd edək ki, Honqdonqun anası da bu pozuntudan əziyyət çəkir. Onun da əllərində ayaqlarında artıq barmaqlar var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00