ABŞ ordusunun zabiti İŞİD-ə görə Obamanı məhkəməyə verir
5 May 2016 16:16 DünyaABŞ hərbçisi İŞİD-ə qarşı keçirdiyi hərbi əməliyyatların qanunsuz olması iddiası ilə prezident Barak Obamanı məhkəməyə verir. Avropa.info xəbər verir ki bu barədə "The New York Times" yazır. "Mən məhkəmədən xahiş edirəm ki, ABŞ prezidentinə bildirsin; hərbi səlahiyyətlər haqda qəbul olunmuş qətnamələrə görə, İraq və Suriyada müharibəyə başlamaq üçün dövlət başçısı Konqresdən razılıq almalıdır" - ABŞ, ordusunun 28 yaşlı kapitanı Maykl Smitin açıqlamasında belə deyilir. Ağ Ev isə öz növbəsində hesab edir ki, 15 il əvvəl 11 sentyabr hadisələri ilə bağlı terrorçu qruplara qarşı Konqres tərəfindən qəbul olunmuş sənəd İraq və Suriyada hərbi əməliyyatlar keçirmək üçün kifayətdir. Hərbçinin özü hal-hazırda Küveytdə qulluq keçir.
Qeyd edək ki, ABŞ 2014-cü ilin sentyabrından bu yana İŞİD-ə qarşı İraq və Suriya ərazisində əməliyyatlar keçirir.