Şavarş Koçaryandan Qarabağla bağlı sərsəm açıqlama
5 May 2016 16:15 Dünya"Dağlıq Qarabağ üzrə danışıqlarda irəliləyiş o zaman olub ki, rəsmi Bakı Qarabağ erməniləri ilə danışıqlar aparıb". Avropa.info xəbər verir ki, bu açıqlama ilə Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan çıxış edib. Koçaryanın sözlərinə görə, 1994-cü ildə imzalanmış Bişkek protokolu ona görə baş tutmuşdu ki, rəsmi Bakı öncə "DQR"in xarici işlər naziri Arkadi Qukasyanla, sonra Robert Koçaryanla danışıqlar aparmışdı. Ermənistan XİN müavini iddia edib ki, bu danşıqlar Azərbaycan prezidenti Heydər Əliyevin razılığı ilə aparılmışdı. "Hələ ki, Azərbaycan "DQR"in danışıqlarda tərəf olmasına müqavimət göstərir və danışıqlar prosesini öz addımlarını pərdələmək üçün istifadə edir", - Şavarş Koçaryan belə deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00