Ukraynalılar Kiyevdə İsrail bayrağına od vurdular

Kiyevdə naməlum şəxslər yəhudilərin milli matəm günündə "Menora" abidəsi yanında İsrail bayrağını yandırıblar. Avropa.info xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib. "Müşahidə kameralarının qeydə aldığı bir qrup gənc adam "Menora" abidəsi qarşısında İsrail dövlətinin bayrağını yandırıblar. Hadisə nasistlərin qurbanı 6 milyon yəhudinin genosidi xatırladığı milli matəm günündə baş verib" - Kliçko belə deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00