İstanbulda antiterror əməliyyatı keçirilib

İstanbul Baş Polis İdarsənin Terrorla Mübarizə şöbəsi mayın 5-də İstanbul şəhərinin Sultanqazı rayonunda terror təşkilatı DHKP-C yə qarşı antiterror əməliyyatı keçirib. "Olaylar"ın Türkiyə bürosu xəbər verir ki, helkopter və zirehlı texnikanın da cəlb edildiyi əməliyyat zamanı bir çox ünvanda axtarış aparılıb, çoxlu sayda silah sursat tapılıb. Bir neçə şəxsin terror aksiyalarında iştirak etmək ittihamı ilə şübhəli qismində saxlandığı bildilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00