İŞİD suriyanın ən böyük qaz yatağını ələ keçirib

Mayın 4-də hücuma keçən İŞİD dəstələrinin Xoms şəhərindən 120 kilometr Şərqdə olan Suriyanın ən böyük təbii qaz yatrağı olan Əl Əaər bölgəsini ələ keçirdiyi bildilir. "Olaylar"ın Türkiyə bürosu xəbər verir ki, İŞİD-in qəflətən əks hücuma keçərək bölgəni Əsəd güclərindən geri aldığı bildilir. Olayın həm Əsəd üçün həm də ona dəstək verən Rusiya hərbi birləşmələri üçün tam bir şok olduğu gələn xəbərlər sırasındadır. Qeyd edək ki, son günlər Əsədyönlı təbliğat orqanları yorulmadan hərbi müvəffəqiyyətlərdən dəm vururdular. Hücum nəticəsində Əsəd güclərinin və bir çox rus hərbiçinin mühasirəyə düşdüyü bildilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00