Serenay Sarıkayanın yeni tərəf müqabili o olacaq

Sevgilisi Kərəm Bürsinlə ABŞ tətilində olan aktrisa Serenay Sarıkaya yeni layihəyə imza atıb. Türkiyə mətbuatının məlumatına görə, Serenay "Ay Yapım"ın yeni filmi üçün gələn təklifi qəbul edib. Rejissoru Umur Turagay olan filmdə Serenay baş rolları Taner Birsel və Nejat İşlerlə paylaşacaq. Bu arada Sarıkayanın sevgilisi K.Bürsinlə rol alacağı romantik komediya yay aylarına təxirə salınıb. O, buna görə də yeni təklifi qəbul edib.

Xatırladaq ki, Serenay və İşler "Behzat Ç.Ankara yanıyor" filmində də birlikdə rol alıblar.





Serenay və Kərəm bir neçə gün əvvəl Los-Ancelesdə fanatları tərəfindən görüntüləniblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00