"Paramparça"nın aktyoru donuz qripi oldu

Bir neçə gün əvvəl xəstələnərək xəstəxanaya aparılan aktyor Barış Falaya diaqnoz qoyulub. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Paramparça"da iştirak edən Barış xəstələndiyi üçün çəkilişlərə də qatıla bilmir. Həkimlər son açıqlamalarında aktyorun donuz qripinə yoluxduğunu bilıdiriblər.

Qeyd edək ki, Türkiyədə bundan əvvəl də məşhurlar və ailələri bu xəstəlikdən əziyyət çəkiblər: model Ebru Şallının oğlu Beren, aktrisa Qamze Topuzun bir yaşlı qızı Eliz və müğənni Bülent Ersoy kimi adlar son zamanlar donuz qripindən müalicə alan tanınmışlardır.





Barış Falay ailəsi ilə





 

 
     
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00