İndoneziyadakı terrora görə İŞİD məsuliyyəti öz üzərinə götürdü

İŞİD qruplaşması bu gün səhər saatlarında İndoneziyanın paytaxtı Cakarta şəhərində baş verən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qruplaşmanın üzvü məlumat verib.  "Hücumun hədəfi xarici vətəndaşlar və hüquq-mühafizə orqanları olub". Son məlumatlara görə, terror aktı zamanı 5-i terorçu olmaqla 17 nəfər həlak olub. Daha 4 terrorçunun həbs olunduğu, digərlərinin axtarışının davam etdiyi bildirilir. Cakartanın mərkəzində ardıcıl partlayışlar törədən 10-14 nəfərlik terrorçu qrup sonradan polislə atışmaya başlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00