İŞİD daxilində kamikadzeləri hazırlayan terrorçu zərərsizləşdirilib
14 Yanvar 2016 16:09 Dünyaİraq ordusu İŞİD daxilində kamikadze hazırlamaq üzrə məsul olan komandiri zərərsizləşdirib. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə İraq Müdafiə Nazirliyi açıqlama yayıb. Muhammed Əbd Manaf ər-Raui adlanan terrorçu yanvarın 7-də keçirilən əməliyyat zamanı yaralanıb. O, Əbu-Kamal şəhərindəki xəstəxanada ölüb. İraq DİN-in kəşfiyyat qrupu onun Bağdadda kamikadze dəstəsinin hazırlanmasına məsuliyyət daşıdığını təsdiqləyib. Həmin şəxs beynəlxalq axtarışda olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00